Bu saytın hazırlanma məqsədlərindən biri dünyadakı qarışıqlıq mühitinin əsl səbəbinin yəni, dinsizliyin ortadan qaldırılmasına bir vəsilə olmaqdır. Bunun üçün yaxşıların köməkləşməsinin təmin edilməsi lazımdır. Bu mövzuda ilk anda ağla gələn bəzi fikirlərin paylaşılmasıdır. Keçmişdə saleh Müsəlmanlar birlik olaraq bir çox çətinliyi aşmışlar, gözəl əxlaqın yayılmasını təmin etmişlər. 


İndiki vaxtda şiddət, terror, zülm, saxtakarlıq, fırıldaqçılıq, yalançılıq, əxlaqsızlıq, utanmazlıq, döyüş, dava-dalaş, çəkişmə, yoxsulluq, aclıq keçmişdə olduğundan daha çoxdur. Bu, pislərin pisliklərinin keçmişdəkilərdən çox daha şiddətli olduğunun bir dəlilidir. Vicdan və ağıl sahibi olan hər insan qəflətdən oyanmalı və bütün dünyada inkişaf edən hadisələrə ibrətlə baxmalıdır. Pislər və pisliklər həm sayları cəhətdən çox, həm də, maddi imkanları cəhətdən cox güclü və yer üzündə bir çox insanın dərdli və hüzursuzluq içində yaşamasına səbəb olur. Din əxlaqının, Allahın insanlara vəhy etdiyi şəklindən uzaqlaşdırılmış olması, Quran əxlaqının geniş şəkildə yaşanmaması yer üzündə təxribatçılığın və hər cür pisliyin yayılmasına səbəb olmuşdur. Allah dinsizliyin yer üzünə gətirdikləri zərəri ayələrdə belə bildirmişdir:


İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır. Ayrılan kimi (İş başında isı) yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə surəsi, 204-205)


Bütün yaxşı xüsusiyyətlərini itirmiş, rəhmlilik hissini itirmiş, milli və mənəvi dəyərlərini heçə sayan, hətta məsxərə edən insanların zülmlərinə və pisliklərinə son verilməsi üçün, ən əhəmiyyətli mövzu təmizürəkli, vicdan sahibi olan kəslərin ittifaq edərək, yer üzündə pisliyin yerinə yaxşılığın və gözəlliyin yayılmasına dair edilələcək işləridir. Allah bir ayədə əgər möminlər bir-birlərinə kömək etməzlərsə yer üzündə fitnə- fəsad çıxacağını belə xəbər vermişdir:


İnkar edənlər bir-birlərinin vəliləridir (dostlarıdır). Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə bir fitnə-fəsad olar. (Ənfal surəsi, 73)


Bu, möminlər üçün ağır bir məsuliyyətdir və hər mömin belə ağır bir günaha batmaqdan qaçmalıdır. Zaman hər insanın öz başının çarəsinə baxması deyil, digər insanlar üçün də ciddi bir səy göstərməsinin vaxtıdır. Bir çox insan peyğəmbər hekayələrini, səhabələrimizin həyatlarını detallarıyla oxuyur, onları təqdir edər, üstün əxlaqlarını tərifləyər edər, cəsarətlərini, düçmənə qarçı hücüm edən, mərd, qınayanın qınamasından qorxmayan, əsla əyilməyən (məğlub olmayan), hər cür çətinliyə sinə gərən rəftarlarını izah edər. Bu mübarək insanlar, Allahın sevdiyi, cənnətinə daxil etdiyini müjdələdiyi, son dərəcə qiymətli və fədakar insanlardır. Onlar həyatları boyunca yaxşılıq və dürüstlük mövzusunda gözüaçıq davranmışlar. Lakin, bu gün yaxşı insanlara düşən, yalnız onların həyatlarını izah etmək deyil, onları nümunə götürmək və hər an onlar kimi davranmaqdır. Hər yaxşı insan, Quranda nümunə göstərilən peyğəmbərlərin, onlarla birlikdə olan saleh insanların əxlaqına çatmaq üçün, yarış halında olmalıdır. Əks halda vicdan sahibi hər kəs bu dünya həyatında şahid olduğu pisliklərdən, təxribatçılıqlardan, döyüş və döyüşlərdən məsul olacaq. 


Məhz, pisliyin bu qədər şiddətləndiyi, zəif buraxılmış qadınların, uşaqların bir kömək edən gözlədiyi bu əsrdə Müsəlmanların qarşılıqlı dəstək olmaları və hər cür çətinlikdə, hər şərtdə və vəziyyətdə bir-birlərinin köməyinə yetişmələri lazımdır. Allah Ali İmran Surəsində iman edənlərin qardaşlığını və bir-birlərinə qarşı göstərməyi lazım olan rəftarı belə bildirər:


Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali İmran surəsi, 103)


Vicdanlı və ağıllı bir Müsəlman ətrafındakı insanları, içində yaşadığı cəmiyyəti, hətta bütün insanları zülmdən, qarışıqlıqdan, döyüşlərdən, təxribatçılıqdan, əxlaqsızlıqdan və vicdansızlıqdan qurtarmaq üçün səy göstərər. Bu çox açıq bir gerçəkdir ki, səmimiyyət, vicdan, dürüstlük, mərhəmət, şəfqət, sevgi, hörmət kimi mənəvi dəyərlər pislərin əxlaqsızlıqlarını əridəcək və ortadan qaldıracaqdır. Digər bir sözlə desək, yaxşıların bir yerə gəlmələri və birlikdə davranmaları ilə pislərin ittifaqı dağılacaq, pislikləri əriyib yox olacaq. Allah bir ayədə bu gerçəyi belə müjdələmişdir:


Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin üstünə atarıq) və o da, onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)


Əraf Surəsindəki ayədə Allah, möminlərin elçilərinə dəstək olub müdafiə etmələrini, ona kömək etmələrini belə bildirmişdir.


… Ona inananlar, dəstək olub müdafiə edənlər, kömək edənlər və onunla birlikdə endirilən nuru izləyənlər; məhz onlar nicat tapanlardır. (Əraf surəsi, 157)


Möminlər eyni şəkildə bir-birlərini də dəstəkləyib müdafiə etməli və bir-birlərinə kömək etməlidirlər. Bunun üçün də, İslam əxlaqını izah etmə mövzusunda birlikdə hərəkət etməlidirlər. Bu saytın məqsədi də budur.