Bu gün dünya üzərində zülm görən, aclıq çəkən, təzyiq altında yaşayan, şiddətə məruz qalan, əzilən insanların varlığından hər kəs xəbərdardır. Qəzetlərdə, televiziyalarda bu sahibsiz və möhtac insanların görünüşlərinə hər kəs rast gəlir. Çox adam bu insanların vəziyyətini görüncə onlara qarşı içində bir hiss oyanar, təsirlənərlər. 

Ancaq ümumiyyətlə zehininlərində onları qurtarmaq üçün bir cəhd göstərmək düşüncəsi yoxdur. Bunu, həmişə başqalarının məsuliyyəti olaraq görərlər. İnsanların bir qisimi də bir şey etmək istəmələrinə baxmayaraq bir tərəfdən də "tək başıma mənim əlimdən nə gəlir" şəklində bir düşüncəyə batıb qalarlar. 

Halbuki, bu çox səhv bir düşüncədir. Çünki, dünya üzərində yaşanan bütün ağrıların, döyüşlərin və qarışıqlığın təməlində insanların din əxlaqından uzaqlaşmaları və din əxlaqı ilə uyğun gəlməyən ideologiyaları mənimsəmələri durar. Bu səbəbdən bütün problemlərin ortaq və kökdən həll edilməsi, din əxlaqına uyğun olmayan bu ideologiyalarla fikri sahədə mübarizə aparmaq və insanlara Allahın onlar üçün seçib bəyəndiyi İslam əxlaqını izah (təbliğ) etməkdir.

Din əxlaqına uyğun olmayan ideologiyalarla mübarizədən nəzərdə tutulan, bu istiqamətdəki fikir axınlarının müdafiə etdikləri iddiaların, elmi dəlillərlə çürüdülməsi və etibarsızlıqlarını ortaya qoyulmasıdır. Bu fikir mübarizədə isə hər insanın edə biləcəyi bir iş, boynuna götürə biləcəyi bir məsuliyyət mütləq vardır. İçində olduqları şərtlərdə heç bir şeyə imkan tapa bilməyənlər, bu əhəmiyyətli mübarizəni özünə iddia əldə etmiş kəslərə köməkçi və dəstəkçi ola bilərlər. Məsələn din əxlaqına qarşı olan ideologiyalarla mübarizə məqsədiylə yazılmış kitablarda, izah edilən gerçəkləri çox yaxşı öyrənərək bunları hər kəsə təbliğ edə bilər, ətraflarındakıları bu həqiqətlərdən xəbərdar edə bilərlər. 

Yenə, insanlara Allahın varlığını izah etmək, Allah qorxusunu öyrətmək, hesab günündə yaşanacaqları, cənnətin və cəhənnəmin varlığını xatırlatmaq və dünyada mövcud olan məqsədimizi təbliğ etmək, zülmün sona çatması üçün əhəmiyyətli fəaliyyət göstərməkdir. Bunun əksinə, yəni müxtəlif bəhanələrlə bitərəf qalmaq isə istəmədən də olsa dindən uzaq fikirlərə dəstək olmaq olacaq. Halbuki, dünya üzərində Müsəlmanlar Allaha iman etdikləri, həyatlarını Allahın əmr və qadağanlarına uyğun şəkildə keçirmək istədikləri üçün təzyiq və şiddətə məruz qalarlarkən, bir Müsəlmanın bəhanələr qarşıya qoyaraq İslama xidmətdən bitərəf qalması, öz rahatını düşünməsi, boş işlərlə vaxt keçirməsi vicdanına sığmaz. 

Çünki Müsəlman dünya üzərində yaşanan bütün problemlərin ən fundamental həll yolunu bilir. Bu həll; din əxlaqının insanlara izah edilməsi, öyrədilməsidir. Bu gerçəyi bilmək ona çox əhəmiyyətli bir məsuliyyət yükləmişdir. Bu məsuliyyət bütün dünyaya Allahın dinini və din əxlaqının gətirdiyi gözəllikləri izah etmək, insanları bu əxlaqı yaşamaları üçün məlumatlandırıb təşviq etmək və din əxlaqına qarşı çıxan axınlara qarşı mütləq fikri mübarizə icra etməkdir.

Bu gün nə yaxın ətrafımızdakı nə də, dünyadakı şərtlər, ağır və passiv davranmağa, boş işlərlə əylənməyə, tənbəlliyə, zəifliyə və dünyəvi mənfəətlərin ardınca getməyə əlverişli deyil. Sayları milyonlara çan Müsəlmanlar böyük bir təzyiq və zülm altındaykən bu insanların qurtuluşu üçün səy göstərməmək heç bir Müsəlmanın heysiyyatına, şərəfinə İslamiyyətinə sığmamalıdır. Zəif buraxılmış insanlara yaşadılan haqsızlıqların davamlı olaraq gözlər önünə sərilərək, gündəmdə tutulması son dərəcə əhəmiyyətlidir. Lakin, Allahın Quranda əmr etdiyi ədalət, köməkləşmə, mərhəmət, sevgi, şəfqət, fədakarlıq, bağışlayıcılıq kimi xüsusiyyətlər yer üzünə hakim olsa, bunun nəticəsində ədalətli, barış (sülh) dolu və etibarlı bir mühit meydana gələcəyinin insanlara, vaxt itirmədən izah edilməsi lazımdır. 

Bunun yanında Allaha iman edənlərin, Allahın köməyi və vədləriylə müjdələnilmələri və insanlara zülm edənlərin də Allahdan alacaqları qarşılıq ilə xəbərdar edilib, qorxudulmaları da son dərəcə əhəmiyyətlidir. Allahın "Sizdən; xeyirə çağıran, yaxşılığı (bilinəni) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik (camaat) olsun. Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir." (Al-i İmran Surəsi, 104) ayəsiylə bildirdiyi kimi insanları haqqa yönəltmək də yenə Müsəlmanlara düşən bir məsuliyyətdir. Başqa ayələrdə isə Allah müsəlmanların bu xüsusiyyətlərini belə bildirməkdədir:


Tövbə edənlər, ibadət edənlər, həmd edənlər, (İslam uğrunda) səyahət edənlər, rüku edənlər, səcdə edənlər, yaxşılığı əmr edənlər, pislikdən çəkindirənlər və Allahın sərhədlərini qoruyanlar; sən belə möminləri müjdələ. (Tövbə surəsi, 112)



Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər!... (Hud surəsi, 116)




Özlərinə xatırladılanı unutduqlarında isə, Biz də pislikdən çəkindirənləri qurtardıq... (Əraf surəsi, 165)


Səmimi Müsəlmanlar zülmün və haqsızlıqların sona çatması, gözəl əxlaqın insanlar üzərində hakim olması və İslam dininə uyğun olaraq yaşanması üçün ciddi səy göstərərlər. Rəbbimizə böyük bir təslimiyyətlə bağlanar, Onun razılığını qazanmaq üçün, yaxşı işlər etməkdə heç bir şeyi özləri üçün mane olaraq görməzlər. Böyük bir diqqət və vasvasılıqla Allahın razılığına, rəhmətinə və Müsəlmanlar üçün hazırladığı cənnətinə layiq bir insan olmaq üçün səy göstərərlər. Allah onların davamlılıq içindəki bu səmimi səylərini Quranda belə bildirir: 


Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (İnşiqaq surəsi, 6)

Allaha qəti olaraq inanan bir insan Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaq üçün əlindən gələnin ən çoxunu etmək istəyər. Bir işi bitirib digər xeyirli bir işə keçər, ola biləcək ən sürətli, ən əhatəli şəkildə dinə xidmət edər. Allaha olan bağlılığını, həyatına ola biləcək ən xeyirli xidmətləri sığdıraraq göstərmək üçün ciddi bir səy göstərər. Daim İslamın, Müsəlmanların xeyrinə çalışar, düşünər, bütün insanların barış, dostluq, əmin-amanlıq və hüzur içində yaşamaları üçün üzərinə düşəni etməyə çalışar. Allah rizası üçün edilən xidmətlərdəki bu şövq və istək gerçək dindarlığın da əlamətlərindən biridir. 


Ancaq imanı zəif olan bəzi kəslər, möminlər təşviq edib dəstək olmadıqca xeyirli bir xidmət cəhdində olmazlar. Ürəklərində onları qarşılıqsız xidmətə yönəldəcək gücdə bir Allah sevgisi və qorxusu olmadığı üçün işləyi- çalışmaq, yaxşılıq etmək, fədakarlıq etmək acıqlarına gələr. Lakin, özlərini ətraflarına dindar göstərəcək qədər xidmət edər, ən az səy sərf edərək həyatlarını davam etdirmək istəyərlər. Allahın razılığının ən böyük qazanc olduğunu göz ardı etdikləri üçün bu mövzuda üzərlərində daim bir ağırlıq olar. Dünyəvi bir çıxar əldə etmə ehtimalı olan işlər üçün gecə gündüz işləməyi, yuxusuz qalmağı, yorulmağı qısaca hər cür fədakarlığı gözə alarlar, İslamın mənfəəti üçün ediləcək bir xidməti yük olaraq görər və etdikləri hər işdə möminləri minnət altında buraxmaq istəyərlər. 


Səmimi Müsəlmanlar isə, "Boş qaldığı zaman, dayanmadan (dua və ibadətlə) yorulmağa-davam et, və yalnız Rəbbinə rəğbət et" (İnşirah surəsi, 7-8) ayəsində, Allahın razılığını, rəhmətini və cənnətini qazanacaq olmanın ümidi və sevinci ilə, hər anlarında çox şövqlü, canlı, çalışqandırlar. Necə ki, Allah Bəqərə surəsinin 148-ci ayəsində möminlərə "xeyirlərdə yarışmalarını" əmr edər. Bu ayələrə uyğun gələn möminlər, bir an da belə boş qalmadan, xeyr işləmək və yaxşılıq etmək mövzusunda bir-birləriylə yarış içindədirlər. Hər an bir əcr qazanmaq üçün fürsət axtarar, heç bir zaman üşənmədən, başqasına həvalə etmədən, təxirə salmadan önlərinə çıxan hər fürsəti qiymətləndirərlər. Etdiklərindən ötəri isə heçkimsəni minnət altında buraxmaz, kimsəyə yaxşılıq edirmiş ədasıyla işlərini etməzlər. Əksinə, Allaha, Allahın razılığına və rəhmətinə və ölmədən əvvəl yığacaqları əcrlərə möhtac olduqlarını bilərək, təvazökarlıq və qənaətçillik içində, heç kimdən tək bir təşəkkür belə gözləmədən İslama xidmət edərlər. 


Vicdana tabe olaraq yalnız Rəbbimizin razılığı üçün edilən xidmət ən çətin mühitdə belə möminə sevinc və xoşbəxtlik verər. Hər səmimi səyin nəticəsində bir gözəllik və hüzur, dünyada şərəfli bir həyat vardır. Axirətdə isə sonsuz xoşbəxtlik və sevinci yalnız möminlər yaşayacaq. Məhz bütün bunları bilən və qavrayan bir mömin etdiyi işlərdə tək bir təşəkkür belə olsa dünyəvi bir qarşılıq gözləmənin özü üçün, Allahın hüzurunda nə qədər utanc verici olduğunu bilər. Dünya həyatında və axirətdə yaşayacağı böyük itkisini bilər və bundan çox qorxar. Çünki, Allahın razılığını, sonsuz rəhmətini və cənnətini unudaraq dünyəvi gözləmələr içində olmaq bir insanın həm dünyada həm axirətdə hüsrana uğramasına səbəb olar. Allah bir ayəsində möminlərin bu səmimiyyətini belə bildirər:


... dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar.
Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
"Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!"
Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. (İnsan Surəsi, 7-12)