İnanc sahibi olan insanlar arasında birlik və birliyin əhəmiyyətini, gözəl əxlaqı, Quran möcüzələrini, canlılardakı yaradılış hikmətlərini izah edən Harun Yəhya əsərləri ölkəmizdə olduğu kimi dünya miqyasında da çox böyük maraq dairəsindədir. Bu əsərlərin böyük bir hissəsi 40-a qədəri xarici dilə çevrilmişdir, digər kitablar da hal-hazırda tərcümə olunur. 

Nə qədər çox sayda kitab, nə qədər çox dilə və nə qədər qısa zamanda çevrilərsə dünyanın dörd bir tərəfindəki insanlara çatdırmaq da o qədər asan olacaq. Siz də, əgər xarici bir dil bilirsənizsə görəbiləcək çox işiniz var:


  • Harun Yəhyanın əsərlərinin başqa dillərə çevrilməsində köməkçi ola bilər, bunun üçün saytımızla əlaqə qura bilərsiniz.
  • Kitabları tərcümə etmək üçün mütləq İngiliscə, Fransızca, Almanca kimi çox məşhur dillər bilməyinizə ehtiyac yoxdur. Az sayda adam tərəfindən danışılan, çox məşhur olmayan və Latın əlifbası istifadə edilməyən dillərə də tərcümə edə bilərsiniz.
  •  Əgər tək bir kitabı tərcümə etməyə vaxtınızın olmadığını düşünürsünüzsə, yazıçının məqalələrini, sənədli (bilik verici) filmlərin səsli izahatlarını, internet saytlarının tərcümələrini edə bilərsiniz. Ya da, kitabdan hər hansı bir hissəsini məqalə halında tərcümə edə bilərsiniz. Bir başqa variant da 4-5 yoldaşlarınızla birləşərək, bir yerdə, bir kitabı tərcümə edə bilərsiniz.
  • Əgər özünüz bir dil bilmirsinizsə, yaxınlarınızdan, tanışlarınızdan tərcüməçilər tapa bilər, bu kəsləri saytımız ilə əlaqəyə keçmələrini təmin edə bilərsiniz.
  • www.harunyahya.info saytından bir çox müxtəlif dillərdəki saytlara keçidlər var. Bu saytlarda Harun Yəhyanın əsərlərinin və məqalələrinin müxtəlif dillərə tərcümə olunmuş forması var . siz də bildiyiniz dili istifadə edərək bu saytları oxuyub araşdıra bilərsiniz, əksiklikləri təsbit edə bilər və düzəldilməsi üçün saytımıza email vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
  • Xarici dillərə tərcümə olunmuş əsərləri xaricdə çap edilməsi və paylanmasını bacara bilən bir insan və ya qurumların tapılması üçün yardım edə bilərsiniz.
  • Əgər xarici ölkələrdə tanıdığınız kimsə varsa, ya da, ölkəmizdə yaşayan xaricilərlə əlaqəniz varsa tərcümə olunmuş kitablar üçün, könüllü olaraq, redaktorların tapılmasına kömək edə bilərsiniz.