• Əgər bacaracağınız varsa, Harun Yəhyanın əsərlərindən faydalanaraq yeni bir internet saytı hazırlaya bilər və bunun üçün saytımızla əlaqə yarada bilərsiniz. 
  • İnternet üzərində diqqət çəkici qısa təqdimatlar hazırlayıb, İslam əxlaqını izah edən saytların daha çox adam tərəfindən tanınmasını təmin edə bilərsiniz.
  • Tanıdığınız sayt sahiblərindən saytlara, Harun Yəhyanın əsərlərindən hazırlanmış linklər qoymalarını istəyə bilərsiniz.
  • Saytların inkişaf etdirilməsinə kömək edə bilərsiniz. Bunun üçün İnternet səhifələrimizdə və digər əsərlərimizdə istifadə edə biləcəyimiz daha yaxşı (son) texnologiyaları bizə bildirə bilərsiniz. Bunun üçün də, yenə, yalnız kompüterinizdən tək bir mesaj göndərmək lazım olacaq.
  • Saytlarda istifadə edilə biləcək şəkil, məlumatla və s. təmin edə bilərsiniz.
  • Dizaynlara köməkçi ola biləcək məlumatları göndərə bilərsiniz. Bəyəndiyiniz gözəl bir sayt, rəng uyğunlaşması, maraqlı dizaynlar, (har hansı proqram üzərində hazırlanmış) hərəkətli işlər kimi nümunələr göndərə bilərsiniz.
  • Saytlardakı səhvləri, xarab olan linkləri, söz səhvlərini və s. təsbit edib düzəldilməsi üçün göndərə bilərsiniz. Saytlardakı texniki problemlərdən, axsaqlıqlardan sayt dizaynçılarını xəbərdar edə bilərsiniz.
  • İnternetdən kompüterinizə yükləyə biləcəyiniz kitabların "pdf və word" mətnlərini yoldaşlarınıza göndərə bilərsiniz. Eyni zamanda yoldaşlarınıza payaşdırıb oxumalarını təşviq edə bilərsiniz.
  • Harun Yəhyanın əsərlərindən hər dildə hazırlanmış sayt var. Benqolca, Urduca vs. kimi çox məşhur olmayan dillərdə də saytlar var. Bu cür məhdud bölgələrdə bəhs olunan dilləri bilən yaxınlarınız varsa, az da olsa bir sayt hazırlanması üçün onlardan kömək istəyə bilərsiniz.
  • İnternetdə boş yerə olmaq yerinə vaxtınızı İslam dinini, Quran ayələrini və Peyğəmbər Əfəndimiz (səv)-ın sünnəsini daha yaxşı öyrənmək üçün istifadə edə bilərsiniz. 
  • Harun Yəhya saytlarındakı "yoldaşına tövsiyə et" adlı hissəni hər internetə daxil olduğunuzda doldurub, ən azı bir yoldaşınıza göndərə bilərsiniz.
  • Harun Yəhyanın internet saytlarının adlarının yazıldığı divar şəkillərini yoldaşlarınıza hədiyyə olaraq göndərə bilərsiniz. Bu şəkilləri saytlardan ödənişsiz olaraq kompüterinizə yükləyə bilərsiniz.
  • Saytların və kitabların təsirini artıra biləcəyini düşündüyünüz ideyalarınız (fikirləriniz) varsa bunları saytımıza yaza bilərsiniz.
  • İnternet üzərində söhbət edilən saytlarda ümumiyyətlə boş və səviyyəsiz söhbətlər edilir. Siz bu saytlara üzv olub, Harun Yəhyanın əsərlərindən hissələr göndərə bilərsiniz. Beləcə, söhbətləri xeyirli bir mövzuya istiqamətləndirərək, insanların İslam əxlaqı haqqında söhbət etmələrinə köməkçi ola bilərsiniz.
  • Göndərdiyiniz hər emailin sonuna bir tövsiyə olaraq İslam əxlaqını, Allahın varlığının dəlillərini, Darvinizmin yalanlarını izah edən saytlardan birinin ünvanını yaza bilərsiniz. Emaillərini bildiyiniz tanışlarınıza sayt ya da kitab tövsiyə edən mesajlar göndərə bilərsiniz.