<
 

İslam əxlaqını izah etməyə (təbliğ etməyə) öz ətrafınızdan başlayın...


İnsanın heç tanımadığı, əxlaqını və həyata baxışını, dünyagörüşünü bilmədiyi bir adamı din əxlaqına dəvət etməsi məlumat, təcrübə və zaman tələb edir. Bu səbəblə İslam əxlaqını izah etməyə əvvəlcə tanışınız, asanlıqla ünsiyyət qura biləcəyiniz kəslərdən başlaya bilərsiniz. Bu, sizə vaxt qazandıracaq, təcrübə qazanmanızı və əskikliklərinizi görmənizi təmin edəcək.


Harun Yəhya kitablarından öyrəndiklərinizi əvvəlcə ailənizlə, yaxın yoldaşlarınızla, yaxın dostlarınızla bölüşə bilərsiniz. Onlara birlik, birliyin əhəmiyyətini, dövlətə bağlılığın vacib olduğunu, Allahın yaradış dəlillərini, sonsuz güc və qüdrətini, İslam əxlaqını və Peyğəmbər Əfəndimiz (səv)-ın həyatını izah edə bilərsiniz. Bu gözəl ibadəti yerinə yetirərkən Peyğəmbər Əfəndimiz (səv)-ın bu qiymətli sözünü heç unutmayın:


"Allahın evlərindən birində toplanıb, Allahın kitabını oxuyan və onu aralarında öyrənib, öyrədən bir qrupa mütləq sekinet (yəni, hüzur, rahatlıq) enər. Onları rəhmət bürüyər, mələklər ətrafdakılar və Allah (c. c.) onları Öz yanındakılar arasında zikr edər". 


Yuxarıdakı hədisdə də, bildirildiyi kimi Quran ayələrini öyrənmək və insanlara öyrətmək Allah Qatında çox qiymətlidir. Bunun üçün vaxtınızın olmadığını düşünməyin. Əgər gün içində vaxtınızı yaxşı qiymətləndirsəniz, hər insanın İslam əxlaqını izah etmək üçün edə biləcəyi bir çox şey olduğunu görəcəksiniz. Aşağıda, sizin də tətbiq edə biləcəyiniz bir çox fikirlər var. Hər gün bu fikirlərdən bir ya da bir neçəsini həyata keçirməkçün çalışa bilərsiniz. Bir neçə ay sonra, vaxtınızı xeyirli bir məqsəd üçün keçirdiyinizi daha yaxşı anlayacaqsınız: 


  • Bir qonağınız gəldiyində boş və məntiqsiz söhbətlərə dalmaqdansa, Peyğəmbərimiz (səv)-ın hədislərində bildirdiyi gözəl əxlaq, qardaşlıq kimi mövzular üzərinə danışa bilərsiniz. Birlikdə Quran ayələrini, peyğəmbərlərin həyatlarının izah edildiyi hekayələri oxuya bilərsiniz. Harun Yəhyanın imani, elmi ya da siyasi kitablarından da birlikdə oxuya bilər, kitablardan öyrəndiklərinizi qısaca da olsa bir-birinizə izah edə bilərsiniz.
  • Səfərlərinizdə və ya yolda gedərkən etdiyiniz söhbətlərdə Harun Yəhyanın kitablarından mövzular seçərək gündəmlər meydana gətirə bilərsiniz. Bunun üçün xüsusi zaman ayırmanız lazım olmayacaq, onsuz da, söhbət edərək keçirəcəyiniz bir vaxtı, hikmətli bir şəkildə qiymətləndirmiş olacaqsınız. 
  • Davamlı alver etdiyiniz ya da yolunuzun üzərindəki DVD satan mağazalara Harun Yəhyanın işlərinin qoyulmasını təklif edə bilərsiniz. Əgər bu yerlərdə gün boyu yayın edən bir televiziya ya da musiqi sistemi varsa, bu televiziyada Harun Yəhyanın əsərlərindən hazırlanan bilgi verici filmlərin göstərilməsini ya da səs kasetlərinin dinlətilməsini təklif edə bilərsiniz. Müsbət yanaşmada olan mağazaları saytımıza bildirə bilərsiniz.
  • Öz səmtinizdəki kitabxanalarda Harun Yəhya əsərlərinin olması üçün nəşriyyat səlahiyyətlilərinə təklifdə edə bilərsiniz.
  • Lupa, Araşdırma və Düşünən Uşaq kimi gözəl əxlaqı, birlik və bərabərliyi izah edən üfüq açıcı jurnalları təqib edə bilər və ətrafınızdakıları da bu jurnalları almalarını və abunə olmalarını təklif edə bilərsiniz.
  • Lupa və Düşünən Uşaq jurnallarıyla birlikdə verilən sənədli filmləri yoldaşlarınızla, ailənizlə seyr edə bilər, ətrafınızdakılara izah edə bilərsiniz. 
  • Yaşadığınız bölgədəki qocalar evlərinin, uşaq evlərinin ünvanlarını öyrənib, oralara kitab, sənədli film, səs kasedi hədiyyə edə bilərsiniz. 
  • Uşaq kitabları götürüb, uşaq, körpələr evlərinə, orta məktəblərdə ibtidai siniflərə hədiyyə edə bilərsiniz. Yenə müəyyən bir vaxtınızı ayırıb, oradakı uşaqlara könüllü olaraq kitabları oxuyub, İslam əxlaqını öyrənmələrinə səbəb ola bilərsiniz.
  • Milli və ya yerli mətbuatda Harun Yəhyanın məqalələrinin nəşr olunmasını təmin edə bilərsiniz. Bunun üçün saytımızla əlaqə qurub yazı və məqalələr təmin edə bilərsiniz. 
  • Xaricdə yaşayan bir qohumunuz varsa, ondan yaşadığı şəhərdəki kitabxana, nəşriyyat kimi yerlərin adlarını öyrənməsini istəyə bilərsiniz. Daha sonra buraları saytımıza bildirə bilərsiniz. 
  • Yaşadığınız yerdə Quran Möcüzələri, Kainatın Yaradılışı və ya Yaradılış Gerçəyi mövzulu konfranslardan birinin təşkil olunmasını təmin edə bilərsiniz. Bunun üçün ya sizin və ya tanışınız bir qurumun təşkil etməsi və nəşriyyat ilə əlaqəyə keçməniz kifayətdir. Bu yolla da insanların Allahın yaradış dəlillərini öyrənmələrinə vəsilə ola bilərsiniz. 
  • Harun Yəhyanın dövlətə və millətə olan bağlılığını nümunə götürüb, lider bir Türkiyə meydana gəlməsi üçün siz də, eyni əxlaqı göstərərək, əlinizdən gələni edə bilərsiniz.